Nazir oğlunun Parisdəki 7 milyon dollarlıq mənzili

16 İyul 2013 20:29 (UTC+04:00)

Fransanın xarici işlər nazirinin oğlu çirkli pulların yuyulmasında ittiham edilir. İnternet portallarının məlumatına görə, Tom Fabiusa qarşı fırıldaqçılıq və çirkli pulların yuyulması ittihamı iyunun sonuna irəli sürülüb. Nazir Loran Fabiusun oğlu olan Tom Fabisusa qarşi irəli sürülən ittihamlarla bağlı hazırda araşdırma aparılır.

İlk növbədə nazirin kiçik oğlunun 2012-ci ildə Parisdə 7 milyon avroya mənzil alması məsələsi araşdırılır. Söhbət şəhərin ən yaxşı yerində dəbdəbəli, 280 kv.m sahəsi olan mənzildən gedir.

Mənzil əvvəllər tanınmış fransız rejissoru Kloid Zidə məxsus olub. Nazir oğlu öz konsaltinq şirkətini banka girov qoyaraq kredit götürüb və sözügedən mənzili alıb. Ancaq daha sonra məlum olub ki, girov qoyulan şirkətin gəliri 2011-ci ildə cəmi bir neçə min avro olub.

Elnarə
AzNews.az