Yeni təhsil və elm naziri təyin edildi - Gürcüstanda

17 İyul 2013 07:00 (UTC+04:00)
Gürcüstanda yeni təhsil və elm naziri təyin edilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, iyulun 16-da "Gürcü Arzusu" koalisiyasından prezidentliyə namizəd irəli sürülən Georgi Marqvelaşvili yeni təhsil və elm naziri vəzifəsinə həmin nazirlikdə müavin vəzifəsində çalışan Tamar Sanikidzeni təqdim edib. Gürcüstan prezidentliyinə namizəd Georgi Marqvelaşvili təhsil və elm nazirliyində onun rəhbərlik etdiyi müddətdə hansı işlərin görüldüyü barədə Gürcüstan ictimaiyyətinə hesabat verməyə hazır olduğunu bildirib. "Ən başlıcası odur ki, biz maarif sistemini siyasətdən uzaqlaşdırdıq. Bundan başqa, müəllimlərin əmək haqqı 25%-dən 60%-ə qədər yüksəldi. Dərsliklərin pulsuz paylanılması proqramı işlənib hazırlandı və 600-ə qədər köhnə məktəbdə təmir işləri görüldü və 8 yeni məktəb tikildi", deyə G. Marqvelaşvili çıxışında bildirib.

AzNews.az