Yük avtomobilləri toqquşdu – Qəza
17 İyul 2013 07:20 (UTC+04:00)
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonu, Bakı-Quba yolunun 84 kilometrliyində vətəndaşa məxsus "SHAQMAN" markalı yük avtomobili digər vətəndaşa məxsus "KAMAZ" markalı yük avtomobili ilə toqquşub.
Nəticədə, avtomobildə sıxılmış vəziyyətdə qalmış "SHAQMAN" markalı yük avtomobilinin sürücüsü bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım xidmətinə təhvil verilib. Əməliyyat saat 04:20-də başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Elnarə
AzNews.az