Bakıda baş verən silahlı insidentin səbəbləri

17 İyul 2013 12:55 (UTC+04:00)
Ov tüfəngindən ehtiyatsızlıq nəticəsində açılan atəş sərnişinin bel nahiyəsinə dəyib

Bakıda baş verən silahlı insidentin səbəbləri məlum olub. Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib. Anar Xəlilovun əlindəki ov tüfəngindən ehtiyatsızlıqdan atəş açılıb və güllə Vəfədar Məmmədova dəyib. Bel nahiyəsindən güllə yarası alan V. Məmmədov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Polisdən həmçinin bildirilib ki, hazırda hadisəni törədən A. Xəlilovun ifadəsi alınır. Hadisə barədə ictimaiyyətə əlavə məlumata veriləcək.

AzNews.az