Polis kapitanı avtobusu əzdi, sürücünü borclu çıxardı

17 İyul 2013 14:01 (UTC+04:00)
İyulun 17-də saat 15.00 Nəsimi rayonunda daha bir marşrut qəzaya uğrayıb.

AzNews.az-ın məlumatına görə, "Nəsimi" bazarı yaxınlığında baş verən qəzada 10 PG 803 dövlət nömrə nişanlı 38 nömrəli marşrut avtobusu ilə 99 BA 105 dövlət nömrə nişanlı "Mercedes" markalı maşın toqquşub.

Qəza nəticəsində avtobusun sərnişinlərindən biri yaralanaraq xəstəxanaya aparılıb.

Avtobusun sürücüsü Valeh Həsənov AzNews.az-a açıqlamasında qəzanın baş verməsində "Mercesed" markalı maşının sürücüsünü günahlandırıb. O bildirib ki, "Mercedes" onun yoluna çıxıb və nəticədə qəza baş verib.

Qeyd edək ki, polis kapitanı olan sürücü avtobusda yaralanan qadını xəstəxanaya özü aparıb.

Avtobusun sürücüsü deyib ki, bununla belə polis kapitanı qəzada yaralanan müalicə xərclərini və onun zədələnən maşının təmir xərclərini o ödəməlidir: "Qəza onun günahı ucbatından baş verib, anlamıram ki, xərci mən niyə ödəməliyəm?"

Azər
AzNews.az