Nazpəri: “İlhamənin başına böyük məbləğ qoymağa dəyməz”

18 İyul 2013 09:30 (UTC+04:00)
Xalq artisti İlhamə Quliyeva həmkarı Nazpəri Dostəliyevanın ünvanına dediyi ittihama qarşı tərəfdən cavab gəldi.

Xalq artisti Nazpəri Dostəliyeva AzNews.az-a açıqlamasında bildirdi ki, bu söhbətlər cəfəngiyatdan başqa bir şey deyil: "İlhamə Mehdi Hüseynzadədir ki, mən onun başına pul qoyum? Onun bu sözlərini eşitdim və güldüm. Sizcə İlhamənin başına böyük "summa" qoymağa dəyər? Onun başına böyük məbləğ qoymağa dəyməz. Məni yenə şantaj edir. Hər gün bir söz deyir. Onu bu video ilə birlikdə məhkəməyə verəcəm. Onun nəinki başı heç bədəni də mənə lazım deyil. İlhamə mənim üçün yoxdur. Mən ona mətbuatda deyil, məhkəmədə cavab verəcəm".

Xatırladaq ki, İ.Quliyeva həmkarını onun başına pul qoymaqda ittiham edib.

Xalq artisti deyib ki, N.Dostəliyeva onun ölüm xəbərini verən ilk adama pul mükafatı vəd edibmiş: "Sənətdə bir mənfi adam vardı, başıma pul qoymuşdu. Elə o Nazpəri… Demişdi, kim İlhamənin ölümünü mənə desə, ona bu qədər pul verəcəm. Ay utanmaz, ay utanmaz. Sənə mən nə etmişəm? Görün mənim nə boyda qiymətli başım var. Elələri var, deyir, mən varam arenada, nə istəyirəm edərəm. Mən varamsa heç kim həddini aşa bilməz".

Ruhiyyə
AzNews.az