Bakıda kafedə qadınlar arasında dava: xəsarət alan var

18 İyul 2013 10:03 (UTC+04:00)
Bakıda kafedə qadınlar arasında dava düşüb.

Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Salyan yolu 13 ünvanında yerləşən "Şərur" kafesində qeydə alınıb. Həmin kafedə içkili vəziyyətdə olan qadın müştərilər arasında baş verən davada 1983-cü il təvəllüdlü Tünzalə Lətifova xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Araşdırmalar zamanı T. Lətifovaya xəsarət yetirən şəxsin 1974-cü il təvəllüdlü Nərminə Əliyeva olduğu müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az