30 ildə 106 dəfə evlənən cütlük
18 İyul 2013 13:17 (UTC+04:00)
Amerikali Devid və Loren Bler dünyada ən çox evlənən cütlük kimi tarixə düşüb. Onlar 30 illik evlilik həyatlarında 106 dəfə evləniblər. Bu rəqəm dünya rekordu hesab edilə bilər.
"Daily Mail" xəbər verir ki,1892-ci ildə tanış olan, 1984-cü ildə evlənən cütlük daha sonra bun tez-tez təkrarlamağa başlayıb.
Bu illər ərizndə onlar London, Nyu-York, Şotlandiya, Las-Veqasda evləniblər. Onlar hətta "Romeo və Cülyetta" tamaşasında da evlənməyə imkan tapıblar. Cütlük müqəddəs Valentin günündə, hər il 1 yanvarda, hər 4 ildən bir isə 29 fevralda mütləq toy təşkil edirlər.
Cütlüyün növbəti evliliyi 4 avqusta təyin edilib və sayca 107-ci olacaq.
Elnarə
AzNews.az