Nicat Dağlar Almaniyaya gələn həftə gedir

18 İyul 2013 14:10 (UTC+04:00)
Leykozdan əziyyət çəkən jurnalist Nicat Dağlar müalicəsini davam etdirmək üçün Almaniyaya gələn həftə yola düşəcək.

Məlumatı "Media forum" saytına jurnalistin qayını Məqsəd Rəhimov verib.

Məqsəd Rəhimov bildirib ki, iyulun 15-dən Nicat müalicəsinin ikinci kursu üçün Gürcüstanda həkim müayinəsindən keçir: "Nicatı müayinə edən həkim onda irəliləyiş olduğunu bildirir. İyulun 17-dən bəri qanaxması olmayıb. Gürcüstandan qayıdandan sonra Nicat Gəncədə iki-üç gün dincələcək, sonra Bakıya gələcək. Gələn həftənin əvvəlində Almaniyaya yola düşəcəyik. Viza məsələsi dövlət səviyyəsində həll olunur".

AzNews.az