İlham Əliyev nazir müavinini mükafatlandırdı

18 İyul 2013 14:20 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Vaqif Əliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Vaqif Qadir oğlu Əliyev "Şöhrət" ordeni ilə təltif edilsin.

AzNews.az