Ağcabədidə ŞOK olay: Kürəkən qayınanasını bıçaqladı

18 İyul 2013 14:28 (UTC+04:00)


Ağcabədi rayonu Boyat kəndində bıçaqlanma hadisəsi baş verib. Mübahisə zəminində baş verən hadisədə kürəkən qayınanasını bıçaqlayıb. Bu barədə AzNews.az-a rayon prokurorluğundan məlumat verilib.

"Zərifə" şadlıq sarayında təşkil edilən ad günü mərasimi qanlı sonluqla bitib. Kənd sakini Tofiqə İsmayılova məclisin sonuna yaxın kürəkəni, 1988-ci il təvəllüdlü Elnur Səmədov tərəfindən bıçaqlanıb. Bədəninin müxtəlif nahiyələrindən 4 bıçaq zərbəsi alan yaralı rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Əməliyyatdan sonra qadının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə şahidlərinin sözlərinə görə, Elnur Səmədov övladının ad günü tədbirinə dəvət olunmamasından hiddətlənib və qaynı ilə başladığı mübahisəyə qayınanasını bıçaqlamaqla yekun vurub.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda CM-nin 29.120.1-ci maddəsi ilə cinayət işi açılıb. Elnur Səmədov şübhəli şəxs qismində saxlanılıb.

Ruhiyyə
AzNews.az