İki ailə arasındakı torpaq davası - VİDEO
18 İyul 2013 19:45 (UTC+04:00)
Türkiyənin Muş vilayətinin Bulanık rayonunda iki ailə arasında tarla üstündə ölüm-dirim davası olub.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ailələr arasında baş verən qanlı davada 7 nəfər ölüb, 9 nəfər yaralanıb.
Dava ailələrin ümumi bir ərazini aralarında bölə bilməməsi səbəbindən baş verib. Davada odlu silahdan istifadə olunub. Atışma nəticəsində Bahattin, Nusrettin, Fethullah ve Mehmet Dost ile Fehim, Gıyasettin, Halit Kundo adlı şəxlər ölüblər. Dava zamanı 9 nəfər ağır yaralanıb.
Hadilə ilə bağlı cinayət işi başlayıb, Türkiyə hüquq-mühafizə orqanları araşdırmalar aparır.
AzNews.az