Nazir müavini qəzaya düşdü: xanımı, oğlu və sürücüsü öldü

18 İyul 2013 21:45 (UTC+04:00)
Qazaxıstanın Pavlodar-Astana yolunda 3 nəfər yol nəqliyyat qəzasının qurbanı olub.


Lent.az-ın "interfaks" -a istinadən məlumatına görə, qəzaya düşmüş "Toyota" markalı maşında 6 nəfər, o cümlədən məzuniyyətdə olan Qazaxıstan daxili işlər nazirinin müavini Ərlik Kənanbayev də olub. Yaralanmış nazir müavini, 11 yaşlı oğlu və həyat yoldaşının qohumu xəstəxanaya yerləşdirilib. Qəzada onun həyat yoldaşı, yetkinlik yaşına çatmayan oğlu və sürücüsü həyatını itirib.

AzNews.az