«Günəşli» yatağında yeni quyu qazılır

18 İyul 2013 21:37 (UTC+04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən "Günəşli" yatağında yeni quyu qazılır. ARDNŞ-in mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, "Günəşli" yatağındakı 10-cu özüldən 341 nömrəli quyunun qazma işlərinə başlanılıb.

Məlumata görə, "28 May" NQÇİ-nin sifarişi ilə Fasilə Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 3 100 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 100 ton neft hasil olunacağı nəzərdə tutulur.

Qeyd edək ki, qazma işləri "Neft Daşları" Qazma İşləri İdarəsi tərəfindən həyata keçirilir.

AzNews.az