Serj Sarkisyan Azərbaycan dilində danışdı
19 İyul 2013 08:37 (UTC+04:00)
Ermənistan prezidenti Serj Sarkisyan Basarkeçər bölgəsində qoca bir erməni ilə söhbəti zamanı azərbaycanca bildiyini etiraf edib.
ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Sarkisyan azərbaycanca danışan qocaya əvvəlcə, "yəqin hələ də köhnə günlərin xatirələri ilə yaşayırsınız" deyib.
Prezident daha sonra dediklərini ermənicəyə tərcümə etməyə çalışan qocaya tərcüməyə ehtiyac olmadığını deyib: "Tərcüməyə ehtiyac yoxdur, mənim də o dili danışdığımı unudursunuz demək "
AzNews.az