Metroda “azərbaycanlı ovu”

19 İyul 2013 09:36 (UTC+04:00)
Rusiyada qanunsuz miqrantlara qarşı həyata keçirilən tədbirlər nəticəsində Sankt-Peterburq metrosunda 105 əcnəbi saxlanılıb. Bu gün səhər saatlarında keçirilən və 12 stansiyanı əhatə edən genişmiqyaslı əməliyyat nəticəsində ümumilikdə 1337 əcnəbi yoxlanılıb.

Prokurorluğun məlumatına görə, onlardan 105 nəfəri sənədləri olmadığına görə şəxsiyyətlərini müəyyənləşdirilməsi üçün yerli polis bölməsinə aparılıb. 114 nəfər isə Rusiyada qanuni əsasla yaşayıb-yaşamadığı müəyyənləşdirilmək üçün miqrasiya xidmətinə aparılıb.

48 nəfər barəsində isə inzibatı tədbirlər görülüb.

Məlumata görə metro stansiyalarında keçirilən yoxlamada saxlanalar arasında azərbaycanlılar da var. Ancaq hələlik prokurorluq bu barədə məlumat verməyib.

Elnarə
AzNews.az