Obama İsraili Fələstinlə danışıqlara çağırdı
19 İyul 2013 10:04 (UTC+04:00)
ABŞ prezidenti Barak Obama İsrailin baş naziri Benyamin Netanyahunu Fələstin tərəfi ilə danışıqları bərpa etməyə çağırıb.
"Prezident Obama Netanyahuya zəng edərək, ABŞ-ın dövlət katibi Con Kerri ilə əməkdaşlığı davam etdirməyə və Fələstinlə sülh danışıqlarını tezliklə bərpa etməyə çağırıb" - Ağ Evin yazılı bəyanatında belə deyilir.
"France Press" agentliyi Fələstin tərəfinin İsraillə sülh danışıqlarının bərpasına razı olduğunu xəbər verir. Məlumata görə, Fələstin tərəfi bunun üçün əvvəllər irəli sürdüyü əsas şərti - İsrailin İordan çayının Qərb sahilində və Şərqi Qüdsdə yəhudi yaşayış məntəqələrinin inşasını dayandırması şərtini irəli sürmür.
AzNews.az