Gəncləri həbsdən buraxmadılar

19 İyul 2013 11:20 (UTC+04:00)


Bu gün Bakı Apellyasiya Məhkəməsində N!DA Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Kənan Qasımlı və Azad Gənclik Təşkilatı İdarə Heyətinin üzvü Məcid Mərcanlının həbsindən verilən şikayətə baxılıb.

AzNews.az-ın məlumatına görə, Apelyasiya Məhkəməsi vəsatəti rədd edərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, Kənan Qasımlı, Məcid Mərcanlı və Ülvi Həsənli iyulun 14-də polis tərəfindən saxlanılıb və iyulun 15-də Səbail Rayon Məhkəməsi tərəfindən barələrində 15 sutka inzibati həbs cəzası verilib. Gənclər polisin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli biliniblər.

Anar
AzNews.az