Filippində baş verən daşqınlarda ölənlərin sayı 44-ə çatıb

30 Dekabr 2022 15:37 (UTC+04:00)

Filippində güclü yağışdan sonra baş verən daşqınlarda həyatını itirənlərin sayı 44-ə yüksəlib.

Aznews.az xəbər verir ki, bu barədə Filippin Milli Fəlakət Riskinin Azaldılması və İdarəetmə Şurası açıqlama verib.

44 nəfərin öldüyü, 12 nəfərin yaralandığı, 28 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

Filippində yağan güclü yağışın səbəb olduğu daşqınlardan ölkənin 34 əyaləti və ən azı 10 bölgəsinin zərər çəkib.

Mövsüm