İki əxlaqsız bacını, ən əsası da Fransanı sındırdıq - Yeganə Hacıyevanın yazısı

31 Dekabr 2022 11:53 (UTC+04:00)

20-21 dekabrda Fransa və Ermənistan Azərbaycanın Laçın yolundakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırdılar.

2022-ci ilin sentyabr hərbi təxribatından sonra Fransa Ermənistanın müraciəti əsasında BMT TŞ-nin gündəliyinə “Ermənistanın BMT yanında daimi nümayəndəsinin məktubu” adlı bənd daxil etmişdi və baş vermiş hadisələrlə bağlı BMT TŞ-də Azərbaycana qarşı sənəd qəbulu üçün əlindən gələni etmişdi.

20-21 dekabr müzakirələrindən dərhal sonra Fransa BMT TŞ-nin daimi üzvü və hazırda dönəm sədri kimi Laçın-Xankəndi yolundakı vəziyyəti humanitar fəlakət kimi təqdim edən riyakar və tam ermənipərəst sənəd təqdim etdi.

10 gündür ki, bu sənədin qəbulu üçün Fransa prezident administrasiyası və Makronun xarici siyasət məsələləri üzrə müşavirləri hər yola əl atdılar, hər şantaja getdilər.

Fransa öncə bu sənədi qəbul etdirmək və bundan sonra növbəti mərhələ kimi bunu qətnaməyə çevirməyi planlaşdırırdı.

Amma necə deyərlər sən saydığını say...

BMT TŞ-nin daimi üzvü və hazırda TŞ-nin dönəm sədri Fransa 10 gün ərzində bu sənədi qəbul etdirə bilmədi.

Öncə Azərbaycanın və dostlarının əməyi və zəhməti hesabına sənəd ilkin təqdim edilən mətndən əsaslı dərəcədə dəyişdirildi.

Mətndən öncə “Dağlıq Qarabağ” ifadəsi çıxarıldı , çünki dünyada artıq bu adda ərazi vahidi yoxdur.

Fransanın Ermənistanı silahlandırması üçün nəzərdə tutulan “humanitar yardım və dəsək addımları” cümləsinin önünə "Azərbaycan dövlətinin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında" sözü əlavə olundu.

Sonrakı iki bənddə isə nəzərdə tutulan təşəbbüslərin əvvəlinə “Azərbaycanın ərazi bütövlüyünə dəstək” kimi ifadələr əlavə edildi.

Nəticədə , Fransanın beynəlxalq hüquqa tüpürərək tərtib etdiyi ermənipərəst sənəd Azərbaycanın haqlı mövqeyini tam ifadə edən sənədə çevrildi.

Bundan sonra rəsmi Paris sənəddən tamamilə imtina etdi.

Azərbaycanın haqlı mövqeyini, beynəlxalq hüquq və ədaləti dəstəkləyən BMT TŞ-nin bütün daimi və qeyri-daimi üzvlərinə təşəkkürlər.

Yeni ilə növbəti qələbə ilə daxil oluruq , bu qələbədən məramı xoş olan, haqlı və ədalətli olan hər kəsə pay düşsün.

Yeganə Hacıyeva, politoloq