İran parlamentinin deputatı istefa verir

1 Yanvar 2023 13:30 (UTC+04:00)

İran parlamentinin Tehrandan olan deputatı İlyas Nadran mandatından imtinaya dair qanunverici orqanın Rəyasət Heyətinə ərizə təqdim edib.

Aznews.az xəbər verir ki, məlumatı “Tasnim” agentliyi yayıb.

İ.Nadran yanvarın 1-də parlamentin açıq keçirilən iclasında sədr Məhəmmədbaqer Qalibafa müraciət edərək ərizəsini oxumağı istəyib.

Deputat mandatdan imtinaya aydınlıq gətirəcəyini də bildirib.