Rusiya dünyada abort sayına görə birinci oldu
19 İyul 2013 19:02 (UTC+04:00)
"Esquire" jurnalı Rusiyanın hansı sahələrdə dünya lideri olduğunu göstərən siyahı yayımlayıb.
Toplam 24 sahədə dünya lideri seçilən Rusiyanın xüsusilə abort sayında bütün rəqibləri çox geridə qoyması diqqət çəkir.
Rusiya dövlət statistika komitəsinin məlumatlarına görə, Rusiyada doğulan hər 1000 uşağa qarşılıq 1022 uşaq aborta qurban gedir. Bu sahədə dünya ikinciliyi isə hər min uşağa 684 uşağı öldürən Rumıniyaya aiddir. Adam başına ildə 13.2 litr alkollu içki içilməsi və hər il istehsal olunan tank sayına görə də dünya lideri seçilən Rusiya, ən çox rəsmi bayramı və rəsmi dincəlmə günü, adam başına ən çox siqaret çəkmə, alkollu içki səbəbindən ölüm hadisələri, təyyarə qəzaları ilə də dünya ölkələri arasında başda gəlir.
Bundan başqa iqtisadi göstəriciler baxımından da xüsusilə ədalətsiz gəlir paylaşımına göre dünya birincisi olan Rusiyada ölkə gəlirlərinin 71 faizinin əhalinin 1 faizinin əlində olması ilə də diqqət çəkir.
AzNews.az