“Android” tipli cihazlardan təhlükəsiz istifadə qaydaları

2 Yanvar 2023 22:03 (UTC+04:00)

"Android" telefonları təhlükələrdən qorumaq üçün bir sıra qaydalara riayət etmək tövsiyə olunur.

Trend onların bəzisini təqdim edir:

1) Əməliyyat sistemini daim yeniləyin,

2) Antivirus proqramlarından istifadə edin,

3) Tətbiqləri yalnız “Google Play Store”-dan yükləyin,

4) Tətbiqlərə kamera, SMS və ya qalereyaya giriş icazələri verərkən diqqətli olun,

5) İnternetdən ödənişli tətbiqlərin pulsuz versiyalarını yükləməyin,

6) Ehtiyac olmadığı hallarda “məkan” funksiyasını deaktiv edin.