"İndi toyla səhnənin fərqi yoxdur"

2 Yanvar 2023 22:21 (UTC+04:00)

Xalq artisti Sərxan Sərxan "Profil" verilişində qonaq olub.

Aznews.az xəbər verir ki, sənətçi proqramda toyla səhnə arasında heç bir fərqin qalmadığını bildirib:

“Onların indi fərqi yoxdur. Toy səhnəyə gəlib, səhnə toya getməyib. Əvvəllər aralarında fərq var idi. Səhnə yüksək idi. İndi səhnə harada qalıb? Klassik janrda, teatrda... Onlar birləşib. Toy mahnıları səhnədə də, toyda da oxunur. Bu necə ola bilər?".