İtaliyanın əfsanəvi futbolçusu Canluka Vialli vəfat edib

6 Yanvar 2023 15:10 (UTC+04:00)

İtaliyalı futbol əfsanəsi Canluka Vialli 58 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

Aznews.az xəbər verir ki, bu barədə İtaliya Millisi Tviter hesabından məlumat yayıb.

O, 2021-ci ildə keçirilən AVRO-2020-də İtaliya Milli Komandasının koordinatoru kimi turnirə gedib və Roberto Mançininin sağ əli kimi fəaliyyət göstərib.

Məşqçilik karyerasında “Çelsi” və “Uotford”u çalışdırmış Canluka Vialli 2022-ci il dekabrın 14-də milli komandadakı postunu tərk edib.

Mövsüm