Milyonlarla "Twitter" istifadəçisinin məlumatları internetə yayılıb

6 Yanvar 2023 16:15 (UTC+04:00)

200 milyondan çox "Twitter" istifadəçisinin məlumatlarının internetə sızdığı bildirilir.

Aznews.az xəbər verir ki, bu barədə "BBC xəbər agentliyi məlumat yayıb".

Hudson Rock kibertəhlükəsizlik firmasının direktorlarından olan Alon Qal hakerlərin milyonlarla "Twitter" istifadəçisinin məlumatlarını ələ keçirdiyini bildirib.

Məsələ ilə bağlı "Twitter"-ə qarşı məlumat pozuntusu ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, İrlandiya Məlumatların Mühafizəsi Komissiyası 2022-ci ilin dekabrında "Twitter"-də məlumat pozuntusu ilə bağlı araşdırma apardığını elan etmişdi.

Mövsüm