İstanbul derbisi: "Qalatasaray" "Fənərbağça"nı məğlub edib

8 Yanvar 2023 22:50 (UTC+04:00)

Futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi oynanılıb.

Aznews.az xəbər verir ki, XVIII tur çərçivəsində "Fənərbağça" öz meydanında "Qalatasaray"ı qəbul edib.

Yeni ilin ilk derbi qarşılaşmasında qonaq komanda meydan sahiblərinə 3:0 hesabı ilə qalib gəlib.

"Qalatasaray"ın heyətində Serjio Oliveira (32-ci dəqiqə), Kərəm Aktürkoğlu (78) və Mauro Icardi (90) fərqləniblər.

“Qalatasaray” bu qələbədən sonra 39 xalla turnir cədvəlindəki liderliyini möhkəmləndirib. Ondan dörd xal geri qalan “Fənərbağça” ikinci pillədə qərarlaşıb.