İranda Məhsa Eminin ölümündən sonra başlayan etirazlarla bağlı həbs edilən keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faize Haşimiyə 5 il həbs cəzası verildiyi bildirilib.
Aznews.az xəbər verir ki, Faize Haşiminin vəkili Nida Şəms öz "Twitter" hesabında müvəkkilinin “rejim əleyhinə təbliğat” və “ictimai asayişi pozmaq” ittihamı ilə 5 il həbs cəzasına məhkum edildiyini açıqlayıb.
Qeyd edək ki, Nida Şəms ona qarşı açılan başqa iddiaların da olduğunu bildirib.
Mövsüm