Belçika milli komandasına yeni namizəd Andrea Pirlo

10 Yanvar 2023 16:19 (UTC+04:00)

Fatih Karagümrükün italiyalı çalışdırıcısı Andrea Pirlonun adı Belçika Milli Komandası ilə hallanır.

Dünya çempionatından sonra ispaniyalı Roberto Martinezlə yollarını ayıran Belçika məşqçi axtarışlarını davam etdirir.

Aznews.az xəbər verir ki, Belçika mətbuatında çıxan xəbərə görə, namizədlər arasında Türkiyə klubu Qaragümrükün baş məşqçisi Andrea Pirlo da var.

Qeyd edək ki, namizədlər arasında Roberto Martinezin köməkçisi olan sabiq fransalı futbolçu Tyeri Anrinin də olduğu məlum olub.

Mövsüm