Ərdoğan nəqliyyat nazirindən borca pul aldı - Foto

20 İyul 2013 07:37 (UTC+04:00)
Ötən gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəzi nazirlərlə birlikdə Kastamonu vilayətində hava limanının açılışında iştirak edib.

Açılış vaxtı çıxış edən baş nazirin yanına sünnəti olmuş iki uşaq yaxınlaşıb.

Uşaqların əllərin tutan və bir müddət onları oxşadan Ərdoğan daha sonra naqliyyat və kommunikasiya naziri Binali Yıldırımdan borc istəyib.
Yıldırımdan 200 lirə (81 manat) alan baş naziri bu pulu uşaqlara verib.//anspress//

AzNews.az