İranda təbii qaz partlaması nəticəsində ölənlərin sayı 6-ya çatıb

13 Yanvar 2023 12:27 (UTC+04:00)

İranın Bukan şəhərində yaşayış binasında təbii qazın partlaması nəticəsində 6 nəfər ölüb, 4 nəfər yaralanıb.

Aznews.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.

Bukan Bələdiyyəsinin Yanğın və Təhlükəsizlik Xidmətinin rəhbəri Rəsul Marufi təbii qaz xəttindəki sızma nəticəsində baş verdiyi ehtimal edilən partlayışla bağlı açıqlama verib.

İranlı rəsmi qeyd edib ki, dağıntıların təmizlənməsi əməliyyatları ilə yanaşı, axtarış-xilasetmə işləri də davam edir.

Mövsüm