İsrail ordusundan növbəti vəhşilik - VİDEO

20 İyul 2013 15:06 (UTC+04:00)
Uzun illərdir ki, Fələstinli müsəlmanlara qarşı pis rəftarı ilə daim gündəmdə olan İsrail əsgərləri bu dəfə tam fərqli bir şəkildə gündəmə gəliblər. ANS PRESS Türkiyə mətbutına istinadən xəbər verir ki, İsrail əsgəri tutduğu kiçik bir quşu ayağından tutaraq onu qaynar yağın içinə salır. Quş yağa dəyər-dəyməz qanadlarını çırpır.

İsrail əsgəri isə bundan zövq alaraq quşa əzab verməkdə davam edir. Bu zaman otaqda olan digər bir İsrail əsgəri quşun ölüb-ölmədiyini quşa işgəncə verən əsgərdən soruşur, əsgər isə "bəli" cavabını verir. Bundan sonra əsgər lenta aldığı video-görüntünü "Youtube" video paylaşım portalında yerləşdirir.



AzNews.az