Rusiya "Apple"ı 1,17 milyard rubl cərimələyib

18 Yanvar 2023 14:03 (UTC+04:00)

Rusiyanın Federal Antiinhisar Xidməti (FAS) ABŞ-ın texnologiya nəhəngi Apple şirkətini Rusiyanın antiinhisar qanununu pozduğuna görə 1,17 milyard rubl (17 milyon dollardan çox) məbləğində cərimələdiyini açıqlayıb.

Aznews.az xəbər verir ki, cərimə keçən iyul ayında tərtibatçıları yalnız şirkətin özünün təqdim etdiyi ödəniş sistemindən istifadə etməyə məcbur edən "AppStore" qaydaları ilə yerli qanunları pozduğuna görə tətbiq edilib.

Qeyd edək ki, oxşar qərar ötən ilin iyulunda ABŞ-ın digər texnologiya nəhəngi Google-a qarşı Mərakeş tərəfindən qəbul edilib.

Mövsüm