İtaliyada zeytun ağaclarını ölümcül xəstəlikdən itlər xilas edəcək

18 Yanvar 2023 18:29 (UTC+04:00)

İtaliyada çoxəsrlik zeytun ağaclarını xilas etmək planının baş qəhrəmanları həssas burunlu itlər olub. Bəs necə?

Aznews.az xarici mediaya iatinadla xəbər verir ki, İtaliyanın cənubunda, Adriatik sahilində yerləşən Puglia bölgəsi 10 ildir ki, zeytun ağaclarını məhv edən bakterial xəstəliklə mübarizə aparır.

Bu elə bir kabusdur ki, Braziliyada portağal sahələrini, Kaliforniyada üzüm bağlarını, Tayvanda armud ağaclarını artıq məhv edib. Bu bəla İtaliyaya 2013-cü ildə gəlib çatıb.

Bir araşdırmaya görə, bitkilər üçün ölümcül olan "Xylella fastidiosa" Latın Amerikasından gətirilən bir qəhvə ağacı ilə Pugliaya gəldib çıxıb. Bununla belə, bakteriyanın İtaliyaya necə gəldiyinə dair qəti sübut və ya izahat yoxdur.

Əvvəllər İtaliyada istehsal edilən zeytun yağının təxminən 50 faizi 60 milyon zeytun ağacına ev sahibliyi edən Pugliadan alınırdı. Lakin bu rəqəm, cəmi bir neçə il ərzində dəyişdi və sağalmaz bakteriya ölkənin 21 milyon qədim zeytun ağacını məhv etdi.

“EKOLOJİ FƏLAKƏT”

Əsrlik zeytun ağaclarını təhdid edən və ekoloji tarazlığa təhlükə yaradan sözügedən bakterial xəstəliyi aşkar etmək çətindir. Buna görə də yeni bir araşdırma başlanıb.

BBC-yə açıqlama verən Milli Zeytun İstehsalçıları Dərnəyinin direktoru və aqronom Nikola di Noia "görünməmiş ekoloji fəlakəti" təsvir edib və problemin həlli üçün elmi araşdırmaların aparılmasının vacib olduğunu vurğulayıb.

2020-ci ildə mütəxəssisin ağlına İtaliyada ictimai təhlükəsizliyin təmin edilməsinə cavabdeh olan Carabinieri qruplarının istifadə etdiyi həssas burunlu itlər gəlib. Hansı ki onlardan narkotika və bomba tapmaq üçün istifadə edilir. Demək ki, bu itlər ziyanverici bakteriyanı da aşkar edə bilərlər. Beləliklə, mütəxəssis, “Xylella Tespit Köpekleri” adlı yeni layihəsinə başlaylb.

İndiyədək aparılan təcrübələrdə müsbət nəticələr var. Ellis və Paco adlı itlər, "Xylella" ilə çirklənmiş bitkilərin qarşısında dayanaraq bakteriyalara məruz qalanları müəyyən etməklə müvəffəqiyyət göstəriblər.

Nuray

Aznews.az