Rusiyanın Ukraynadakı itkiləri

19 Yanvar 2023 10:59 (UTC+04:00)

Ukrayna Silahlı Qüvvələri gün ərzində Rusiyanın 760 əsgərini, 14 artilleriya sistemini və 10 zirehli döyüş maşınını məhv edib.

AzNews.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı “Facebook” səhifəsində məlumat yayıb.

Bildirilib ki, 24 fevral 2022-ci il tarixindən 2023-cü il yanvarın 19-dək Rusiyanın şəxsi heyəti arasında ümumi döyüş itkiləri təqribən 118 530 ( bu gün +760) təşkil edib. 3136 (+6) tank, 6235 (+10) zirehli döyüş maşını, 2122 (+14) artilleriya sistemi, 442 raket atəşi sistemi məhv edilib.

Pərvanə