Leyla Abdullayeva Pakistan və Özbəkistanın Fransadakı səfirləri ilə görüşüb

19 Yanvar 2023 15:53 (UTC+04:00)

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Pakistan və Özbəkistanın bu ölkədəki təmsilçiləri Asim İftixar Əhməd və Rustambaev Sardorla görüşüb.

“Report” xəbər verir ki, bunu azərbaycanlı diplomat tviterdə yazıb.

O, həmkarları ilə səmərəli müzakirələr apardığını qeyd edib.