Avropa Parlamentinin deputatları İrana qarşı sanksiyaları artırmağa çağırıb

19 Yanvar 2023 17:51 (UTC+04:00)

Avropa Parlamenti Avropa İttifaqının İrana qarşı daha çox sanksiyaların tətbiqi, İran lideri Ayətullah Əli Xamenei və İran prezidenti İbrahim Rəisiyə qarşı sanksiyaların tətbiqi, İnqilab Keşikçiləri Korpusunun Aİ-nin terrorçu siyahısına salınması tələblərini özündə əks etdirən qətnamə layihəsini qəbul edib.

Aznews.az xəbər verir ki, Fransanın Strasburq şəhərində keçirilən AP Baş Assambleyasında keçirilən səsvermədə qəbul edilən məcburi qüvvəyə malik olmayan qanun layihəsində İranda insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyanların Aİ sanksiyalarına məruz qalması istənilib.

Millət vəkilləri həmçinin Ukrayna müharibəsində Rusiyaya verdiyi pilotsuz uçuş aparatları və raketlərə görə İrana qarşı daha çox sanksiyalar tətbiq edilməsini istəyib.

Mövsüm