Azərbaycan XİN Stokholmda Qurani-Kərimə qarşı təhqiramiz hərəkəti qınayıb

22 Yanvar 2023 18:41 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi Stokholmda Qurani-Kərimə qarşı təhqiramiz hərəkəti qınayıb.

Aznews.az xəbər verir ki, bu barədə XİN-nin Tvitter səhifəsində paylaşım edilib.

Qeyd edilib ki, açıq nifrət cinayəti kimi islamofob hərəkətlər söz azadlığının ifadəsi deyil: “Biz İsveç hökumətini bu nifrət cinayətini törədənləri tezliklə ədalət mühakiməsi qarşısına çıxarmağı təmin etməyə çağırırıq”.