İranın cənub-şərqində Sistan-Bəlucistan əyalətində silahlı hücum nəticəsində 2 əsgər həyatını itirib, 1 əsgər yaralanıb.
Aznews.az xəbər verir ki, bu barədə İran Tələbələr Xəbər Agentliyi (İSNA) məlumat yayıb.
Sistan-Bəlucistan polis rəisi Məhəmməd Kanberi, "Sistan-Bəlucistan əyalətinin Bempur rayonunda patrul xidmətində olan əsgərlərə silahlı hücum təşkil edildi. Mayor Muxtar Mümini və leytenant Ebuzer Ümidvar həyatını itirib, kiçik çavuş Milad Abdullahi isə yaralanıb" -deyə qeyd edib.
Mövsüm