Casinda Ardern: Yeni Zelandiyaya rəhbərlik etmək mənim üçün ən böyük imtiyaz idi

24 Yanvar 2023 13:19 (UTC+04:00)

Bir neçə gün öncə istefa verəcəyini bildirən Yeni Zelandiyanın baş naziri Casinda Ardern açıqlama verib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, 42 yaşlı baş nazir 6 ildir tutduğu postu ən gec fevralın 7-də tərk edəcəyini açıqlayıb.

Ardern artıq bu işi layiqincə yerinə yetirə bilməyəcəyini düşündüyünü deyib: “Ölkəyə rəhbərlik etmək həyatımın ən böyük imtiyazı olub. Missiyama başladığım vaxtdan Yeni Zelandiya və onun xalqı üçün daha böyük sevgi və şəfqət bəsləyərək ayrılıram”.

C. Ardern işlədiyi müddətdə təcrübələrini sevgi, empatiya və xeyirxahlıq üzərində qurduğunu bildirib, haqqındakı təqib və təhdid iddialarını rədd edib.

Ardern bu açıqlamaları Yeni Zelandiyada Ratana dininin banisi Tahupotiki Viremu Ratananın doğum günü proqramında verib.

Rəşid Qarayev