Polisin gözü qarşısında narkotik alveri edənlər saxlanıldı

24 Yanvar 2023 15:51 (UTC+04:00)

İstanbulun Avcılar rayonunda səkidə gedən iki adam park halındakı polis maşınının yanında görüşüb.

AzNews.az xəbər verir ki, onlar bir-biri ilə salamlaşaraq narkotik maddə mübadiləsi apararkən, polisi qrupları tərəfindən cinayət başında yaxalanıblar.

Polis əməkdaşının yaxınlaşdığını görən şübhəlilərdən biri əlindəki narkotik bağlamasını təpiklə vuraraq özündən uzaqlaşdırmağa çalışıb. Cengiz E. və Umut G. kimi tanınan şübhəlilər Şəhid Adem Başar Polis İdarəsinə təhvil verilib. Dindirilmə zamanı Cengiz E.-nin axtarışda olduğu müəyyən edilib.

Şübhəlilərin polis bölməsindəki əməliyyatların ardından ədliyyəyə sövq ediləcəyi bildirilib. Həmin anlar təhlükəsizlik kamerasına düşüb.

Pərvanə