"Ukrayna bu müharibədə qalib gəlməlidir"- Cozep Borrel

24 Yanvar 2023 16:15 (UTC+04:00)

Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borrell Avropa İttifaqına üzv ölkənin tələb edəcəyi təqdirdə Almaniyanın Ukraynaya ''Leopard'' tanklarının göndərilməsinə mane ola bilməyəcəyini söyləyib.

Aznews.az xəbər verir ki, Cozep Borrell Aİ xarici işlər nazirlərinin görüşündən sonra mətbuat konfransı keçirib.

Rusiyanın sistemli hücumlarını davam etdirdiyini, Ukraynadakı şəhərləri və mülki insanları hədəf aldığını və mülki infrastruktura zərər verdiyini ifadə edən Borrell : "Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik. Ukrayna bu müharibədə qalib gəlməlidir"-deyə qeyd edib.

Cozep Borrell gələn ay keçiriləcək Aİ-Ukrayna sammiti ilə bağlı hazırlıqların davam etdiyini bildirib.

“Bu, müharibə başlayandan bəri ilk Aİ-Ukrayna sammiti olacaq və Ukrayna sammitə Aİ-yə namizəd ölkə kimi qatılacaq'',-deyə Cozep Borrel qeyd edib.

Nazirlərin bugünkü iclasında Ukraynaya 500 milyon avro əlavə maliyyə yardımının edilməsi ilə yeddinci hərbi yardım paketi ilə bağlı razılığa gəldiklərini qeyd edən Cozep Borrell bildirib ki, Avropa İttifaqının Ukraynaya humanitar, hərbi və maliyyə yardımı 49 milyard avroya çatıb.

Mövsüm