İsveçli nazir: Türkiyə ilə NATO razılaşmasını yerinə yetirdik

24 Yanvar 2023 16:16 (UTC+04:00)

İsveç Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılması təxribatına çevrilən diqqəti yayındırmağa çalışır.

Ölkənin xarici işlər naziri Tobias Billström bir tərəfdən ölkəsində ifadə azadlığının olduğunu desə də, belə bir hərəkətin tərəfdarı olmadıqlarını da bildirib.

Nazirin gündəmində Avropa Parlamentinin xarici əlaqələr komitəsindəki iclasında İsveçin NATO-ya üzvlük prosesi var idi. Türkiyə ilə Madrid razılaşmasına işarə edən Billström bunları deyib: "Biz sazişin bütün hissələrini yerinə yetirmişik və onu həyata keçirməyə davam edəcəyik".

İsveç xarici işlər naziri əlavə edib ki, o, ölkəsinin tezliklə hərbi alyansa üzv olacağına ümid edir.

Ötən il Türkiyə, Finlandiya və İsveç arasında üçtərəfli anlaşma memorandumu imzalanıb. Razılaşma çərçivəsində başda Stokholm rəhbərliyinin ekstradisiya tələb edilən adlarla bağlı addımlar atması lazımdır.

İsveçdə Quranın yandırılması Ankara-Stokholm xəttində artıq yaşanan gərginliyi daha da artırıb.

"Bloomberg"in məlumatına görə, Tobias Billströmün açıqlamaları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv olmaq istəyini dəstəkləməkdən imtina etməsindən sonra gəlib.

Pərvanə