Türkiyə ötən il Azərbaycana 1545 ədəd tapança satdı

20 İyul 2013 18:35 (UTC+04:00)
Türkiyə 2012-ci ildə Azərbaycana 1545 ədəd tapança satıb.


APA-nın məlumatına görə, bu barədə Türkiyə hökumətinin BMT Adi Silahlar Registrinə təqdim etdiyi hesabatında bildirilib.

Tapançaların modelləri barədə məlumat verilməyib.

Türkiyənin 2012-ci ildə tapança ixracatının (cəmi 43 883 ədəd) 26,8 faizi Asiya (11762), 53,5 faizi Amerika (23510), 4 faizi Avropa (1757) və 15,6 faizi Afrika (6854 ədəd) regionun payına düşüb.

Qeyd edək ki, hazırda Azərbaycan Türkiyə ilə birgə 3 tapança modelinin Bakıda istehsalını həyata keçirir. Tapançalarda istifadə edilən detalların 40 faizi Azərbaycanda istehsal edilir.


AzNews.az