Bakının Füzuli küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

25 Yanvar 2023 15:57 (UTC+04:00)

Bakının Nəsimi rayonunun Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsinə qədər olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, buna səbəb aparılan təmir işləridir.

Agentlik sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edib.