Baş Prokurorluq Gömrük Komitəsində əməliyyat keçirir

26 Yanvar 2023 10:35 (UTC+04:00)

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində əməliyyat keçirir.

Hazırda İdarədə əməliyyat tədbirləri aparılır.

Məlumatı Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a təsdiqləyib.

Bildirilib ki, əməliyyat barədə əlavə məlumat veriləcək.