Tesla-dan rekord gəlir

26 Yanvar 2023 17:30 (UTC+04:00)

ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla-nın gəliri ötən ilin son rübündə 24,3 milyard dollar xalis mənfəətsə rekord səviyyəyə - 3,7 milyard dollara çatıb.

Aznews.az xəbər verir ki, Tesla 2022-ci ilin oktyabr-dekabr ayları üçün balans hesabatını açıqlayıb.

Müvafiq olaraq, şirkətin gəliri ötən ilin son rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə 37 artaraq 24,3 milyard dollara çatıb.

Qeyd edək ki, Tesla 2021-ci ilin dördüncü rübündə 17,7 milyard dollar gəlir əldə edib.

Mövsüm