Türkiyədə həkimə hücum edən xəstəxana işçilərinə 11 il həbs cəzası verilib

26 Yanvar 2023 18:10 (UTC+04:00)

İstanbul Təhsil və Araşdırma Xəstəxanasında həkimə bıçaqla hücum edən personala 11 il həbs cəzası verilib.

AzNews.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

"4 iyun 2022-ci ildə İstanbul Təhsil və Araşdırma Xəstəxanasında çalışan həkimə xəstəxana işçilərinin bıçaqla hücumu ilə bağlı iş Ağır Cəza Məhkəməsində yekunlaşıb. Hücumla bağlı sözügedən şəxs qəsdən adam öldürməyə cəhddən 11 il həbs cəzasına məhkum edilib. Məhkəmə sisteminə təşəkkür edirik", - deyə o bildirib.

Pərvanə