Tabut daşıyanlar - FOTOSİLSİLƏ

20 İyul 2013 20:50 (UTC+04:00)

İspanlar tərəfindən şəkər çuğunduru plantasiyalarında işləmək üçün Afrikadan Peruya gətirilən qaradərililər sonradan müstəqillik qazansalar da, iqtisadi vəziyyət onları ağlagəlməz işlərə məcbur edib.

Qaradərililər üçün Peruda ən çox yayılan iş tabut daşımaqdır.
60 yaşındakı İvan Rivas aşpaz olsa da daha sonra müflis olub və tabut aparmaqdan başqa çıxış yolu tapmayıb.

Perunun paytaxtı Limada 50 tabut daşıyıcısı var və onlar kollektiv şəkildə, əsasən 4 nəfər olmaqla fəaliyyət göstərirlər.

2009-cu ildə hökumət irqçiliyə son qoyulması üçün bəzi tədbirlər gördü və qaradərililərin tabut daşımasına son qoymağa çağırdı. Ancaq bu mümkün olmadı və hələ də Lima küçələrində qəbiristanlığa tabut aparan qaradərililər var.

Elnarə
AzNews.az