"SEPAH terroru İranın dini liderinin “xeyir-duası” ilə törədib" - Politoloq

27 Yanvar 2023 12:52 (UTC+04:00)

"Səhər saatlarında səfirliyimizə hücümla bağlı İran Xüsusi Xidmət Orqanlarının rolu haqqında yazmışam. İcraçı qismində SEPAH-ın əməkdaşı Yasin Hüseynzadədir".

AzNews.az xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva bildirib.

O qeyd edib ki, Sepahın internet ressursları, xüsusi ilə telegram kanalları səfirliyimizə hücum edənlə bağlı güya Azərbaycan resurslarına istinadən erməni xəttini qabardır: "Bu iz azdırmaqdır, terroru SEPAH İranın dini liderinin “xeyir-duası” ilə törədib. Azərbaycanın səfirliyinə basqın İranın yüziliklərə dayanan terror siyasətinin davamıdır".